MONTAJ XİDMƏTİ

FƏRDİ ŞƏXSLƏR ÜÇÜN MONTAJ XİDMƏTİ TƏKLİFİ

İlk öncə qeyd etmək istərdik ki, Nakleyka.az onlayn dekor nakleyka stiker satışı mağazasında satılan hər bir dekor nakleykanın səhifəsinə keçid aldıqda, şəklin aşağı hissəsində onu necə montaj etməli olduğunuz (yapışdırmaq) haqda ətraflı video və yazılı izah yerləşdirilmişdir və bu təlimatla ətraflı tanış olaraq, satın aldığınız nakleyka stikeri yapışdırmaq üçün asanlıqla tətbiq edə bilərsiniz.

Əgər Nakleyka.az mağazasından divar üçün, soyuducu üçün, paltaryuyan və ya qabyuyan üçün, mebel üçün, pəncərə və ya qapı üçün, avtomobil üçün - bir sözlə istənilən obyekt üçün satın aldığınız nakleyka stikerləri ölçülərinin böyüklüyü, şərait və sair baxımdan yapışdırmaqda çətinlik çəkirsinizsə və ya ümumiyyətlə bu işin öhdəsindən gələ bilməyəcəyinizi düşünürsünüzsə, o zaman Montaj Xidməti sifarişinizi verə və professional ustalarımızın xidmətindən yararlana bilərsiniz. Xidmətin keyfiyyətinə 100% zəmanət verilir. Qiymətlər ölçü, say, həcm və şəraitdən asılı olaraq dəyişə bilir. Odur ki, onlayn mağaza meneceri ilə əlaqə saxlayaraq qiymət və vaxtları dəqiqləşdirə bilərsiniz.



OBYEKT, ŞİRKƏT VƏ MÜƏSSİSƏLƏR ÜÇÜN MONTAJ XİDMƏTİ

Obyekt, şirkət və müəssisələr üçün aşağıda qeyd olunan montaj xidmətləri göstərilir:

  • Maşınların brendinqi - şirkətinizə məxsus maşınların brendbuka əsaslanaraq sıfırdan ən kreativ şəkildə dizaynı və vinil nakleykalarla bəzədilməsi işini ən yüksək səviyyədə həyata keçiririk. İndiyə qədər əməkdaşlıq etdiyimiz şirkətlərin müsbət rəyləri, bu işi çox ustalıqla həyata keçirdiyimizin sübutudur. Montaj prosesi qapalı şəraitdə, professional ustalarımız vasitəsilə həyata keçirilir. Hər növ vinil montaj işlərini yüksək peşəkarlıqla həyata keçiririk.
  • Mağaza vitrinlərinin bəzədilməsi - şirkətinizə məxsus mağazaların vitrinlərini endirim, kampaniya, aksiya, bayramlar zamanı unikal dizaynda, yüksək keyfiyyətlə dekorasiya olunması işlərini həyata keçiririk.
  • Geyimlərin bəzədilməsi - sahib olduğunuz işçi personalın geyimlərini brendin məxsus olduğu dizayn tələblərinə uyğun bəzədilməsi xidmətini həyata keçiririk.
  • İnteryer və eksteryerin bəzədilməsi - ofis, mağaza, obyekt, zavod və s. yerlərin interyer və eksteryerinin fərqli üsullarla bəzədilməsi işlərini yüksək keyfiyyətdə həyata keçiririk.

Qiymətlər ölçü, say, həcm və şəraitdən asılı olaraq dəyişə bilir. Odur ki, onlayn mağaza meneceri ilə əlaqə saxlayaraq qiymət və vaxtları dəqiqləşdirə bilərsiniz.


Bütün suallarınızı aşağıdakı əlaqə məlumatlarından istifadə edərək bizə ünvanlaya bilərsiniz:

Ofis telefonu: 012 432 47 84
Mobil telefon: 050 266 62 60
E-mail: sales@nakleyka.az