TEZ-TEZ VERILƏN SUALLAR VƏ CAVABLAR


Mən özüm sərbəst şəkildə nakleykanı yapışdıra bilərəm?
Şübhəsiz ki, bilərsiniz! Təlimatı diqqətlə oxuduqdan və müvafiq video-materiala baxdıqdan sonra hətta uşaq da bu tapşırığın öhdəsindən gələ bilər.

Təqdim edəcəyim eskizdən xüsusi nakleyka hazırlamaq olarmı?
Əlbəttə! Xüsusi təqdim edəcəyiniz eskizdən nakleykanın hazırlanması üçün sales@nakleyka.az ünvanına yaza və ya onlayn çat bölməsindən əlaqə saxlaya bilərsiniz. Biz mümkün ən qısa zamanda sizin eskinizi nakleykaya çevirib, ünvanınıza çatdıracağıq.

Nakleykada hansı fon olacaq?
Nakleykada fon olmayacaqdır (hətta şəffaf fon belə). Yalnız ucuz nakleykalar şəffaf plyonka üzərində çap olunur. Biz nakleykaları kəsim üsulu ilə vinildən hazırlayırıq və daha sonra lazımsız hissələri kəsib atırıq. Buna görə də, nakleyka divar üzərində çəkilmiş şəkilə oxşayır, effektli və təbii görsənir.

Nakleykaları fakturalı oboy üzərində yapışdırmaq olar?
Olar. Nakleykalar fakturalı oboy üzərinə yaxşı yapışır. Amma, siz çoxlu kiçik hissələrdən ibarət nakleykanı, dərin fakturalara malik oboy üzərinə yapışdırmağı planlaşdırırsınızsa, bu halda sizə fen lazım ola bilər (adətən, saç feni) ki, daha yaxşı yapışdırmaq üçün və oboyun fakturalarını təkrarlamaq üçün yapışqan qatı qızdırasınız.

Divar üçün iki rəngli nakleyka sifariş vermək olar?
Bizim saytdakı kataloqumuzda çoxlu iki rəngli nakleykalar vardır, sifariş zamanı ölçüləri müəyyənləşdirdikdən sonra dərhal rəngi seçə bilərsiniz. Əgər kataloqda bir rəngli nakleykadırsa, amma siz onu necəsə başqa rəngdə etmək istəyirsinizsə, bizə sales@nakleyka.az ünvanına elektron olaraq yazın və biz sizin istəyinizi həyata keçirək!

Nakleykaların rəngləri şəkildəki ilə birəbirdir?
Xeyr, plyonkanın palitrası mat və qlyans olaraq 60-dan çox rəngi əhatə edir. Siz istədiyiniz rəngi siyahıdan seçə bilərsiniz.

Qiymət bir təsvir üçündür yoxsa hamısı üçün?
Hamısı üçün. Nakleykaya baxan zaman şəkildə nə görürsünüzsə, o da sizə çatdırılacaq paketdə olacaq. Əgər şəkildə 3 pişik görürsünüzsə, deməli 3 pişik də alacaqsınız. Hər şey çox sadə və şəffafdır.

Əgər narahat edirsə, nakleykanı qopartmaq nə qədər çətindir?
Qopartmaq daha asadır, nəinki yapışdırmaq. Sadəcə nakleykanı kənarından tutumaq və divara böyük bucaq altında ehmalca dartmaq lazımdır.

İnteryer nakleykalar mənim xoşuma gəlir, bəs onlar oboyu korlayırmı?
Xeyr, korlamır! Nakleykanı divara yapışdırarkən oboy heç bir halda deformasiya olmur. Kağız oboylar ola bilər ki, nakleyka qoparılan zaman zədələnsin, lakin digər səthlərdən heç bir iz buraxmadan ayrılır.

Naklekaların izi qalırmı?
Nakleykalar praktik olaraq bütün səthlərdən iz buraxmadan qoparıla bilir. Hətta 2-3 il keçəndən sonra belə qərara alsanız ki, qoparasınız, heç bir səthdə iz buraxmır.

Əgər zədələnmiş nakleyka çatdırılıbsa, onu necə sizə qaytarmalı?
Həqiqətdir ki, belə hal nadir hallarda baş verə bilər. Lakin, bu baş verərsə, bizə zəng edin və baş verən zədələmə barəsində məlumat verin. Sonra nakleykanı geri göndərə bilərsiniz və biz də öz növbəsində sizə yeni nakleyka göndəririk.

Əgər yenə də hər hansı sualınız yaranarsa, sizə rahat olan və saytda qeyd olunmuş əlaqə vasitələrindən istifadə edərək öz suallarınızı əməkdaşlarımıza yönləndirə bilərsiniz.