ZƏMANƏT VƏ GERİ QAYTARMA / DƏYİŞDİRMƏ ŞƏRTLƏRİ

MƏHSULLARIN KEYFİYYƏTİNƏ ZƏMANƏT

Nakleyka.az onlayn dekor satışı mağazasında satılan hər bir məhsul ən keyfiyyətli materiallardan və ən keyfiyyətli aparatlardan istifadə olunaraq hazırlanır. İstifadə olunan materiallar Almaniya istehsalı olub, keyfiyyət sertifikatlarına sahibdirlər. Çap zamanı isə iysiz, zərərsiz, ekosolvent boyalardan istifadə olunur. Materialların kəsimi isə yalnız və yalnız aparat vasitəsilə həyata keçirilir. Bu səbəbdən də təqdim etdiyimiz məhsulların keyfiyyətinə və orijinallığına 100% zəmanət veririk.

GERİ QAYTARMA VƏ YAXUD DƏYİŞDİRMƏ

Nakleyka.az onlayn dekor satışı mağazasından aldığınız hər bir məhsulun keyfiyyəti və ya orijinallığı ilə bağlı iradlarınız yarandıqda, Siz 14 gün ərzində bizə müraciət edərək, sifarişinizi geri qaytara və ya eynisi ilə dəyişdirə bilərsiniz.


Qaytarılma zamanı aşağıdakı şərtlərin yerinə yetirilməsi mütləqdir:

  • Sifariş çatdırılması zamanı sizə verilən kassa və ya mədaxil qəbzinin təqdim edilməsi;
  • Məhsulun ümumi vəziyyətinin və qablaşdırmanın tamlığı;
  • Məhsulun geri qaytarılması və dəyişdirilməsi yalnız ofisimizə yaxınlaşmaqla həyata keçirilir;
  • Məhsulun geri qaytarılması ilə əlaqədar ödəniş geri qaytarılarkən kuryerə ödəniş xərci geri qaytarılmır;
  • Məhsulun geri qaytarılması ilə əlaqədar ödəniş geri qaytarılarkən əgər ödəniş nəğdsiz formada həyata keçirilmişdirsə, bank faizləri və komissiyalar ödənişdən çıxılır.

Nəzərə almağınız xahiş olunur ki, məhsul və qablaşdırılma ilə bağlı iradlar yalnız sifarişin alınması/çatdırılması zamanı qəbul olunur. Siz vaxt itirmədən bizimlə telefonla əlaqə saxlamalı və Sizi narahat edən məqamlar barədə onlayn mağaza meneceri ilə danışmalısınız. Məhsul üzrə iddialar alınandan 14 gün sonra qəbul olunmur.

Geri qaytarılma və dəyişdirilmə ilə bağlı istənilən məlumatın əldə edilməsi üçün və həmçinin məhsulların keyfiyyəti üzrə iradların baxılması üçün bizimlə əlaqə saxlamanızı xahiş edirik. Bu zaman məhsulla bağlı yaranmış olan problemi ətraflı izah etməyiniz xahiş olunur. Sizin qeydlərinizə mütləq şəkildə baxılacaq və narazılığınızın aradan qaldırılması üçün ən optimal təklif veriləcək.