MƏXFİLİK SİYASƏTİ

Hazırki «Məxfilik Siyasəti» www.nakleyka.az saytında istifadəçinin şəxsi məlumatlarından istifadə qaydalarıdır.

1. Məlumatların toplanması
Biz məlumatları, siz saytda qeydiyyatdan keçdikdə, hesabınıza daxil olduqda və çıxış etdikdə, online alış, aksiyalarda iştirak etdiyiniz zaman, toplayırıq. Məlumatlara sizin adınız, ünvanınız, elektron poçt ünvanınız, əlaqə nömrəniz və kredit kartınızın məlumatları daxildir.
Bundan əlavə, biz avtomatik olaraq sizin kompüteri, brauzeri, iP daxil və sorğu etdiyiniz səhifənin ünvanını qeyd edə bilərik.

2.  Məlumatların istifadəsi
Sizdən alınan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  • Sizin sorğunuza uyğun olaraq xidmət göstərmək.
  • Fərdi reklam təklifi etmək.
  • Saytı təkmilləşdirmək.
  • İstifadəçiləriə dəstək sistemini təkmilləşdirmək.
  • Sizinlə elektron poçt vasitəsilə əlaqə qurmaq üçün.
  • Aksiya, müsabiqə təşkili və ya araşdırma aparmaq üçün.

3.  Online satışlar zamanı şəxsi məlumatların qorunması
Biz saytda toplanan məlumatların yeganə sahibiyik. Sizin şəxsi məlumatlar hər hansı səbəblərə görə nə satıla, nə də üçüncü şəxslərə ötürülə bilər (sifarişin və ya əməliyyatın icrası üçün zəruri məlumat istisna olmaqla, məsələn sifarişi göndərərkən).


4.  Məlumatların üçüncü şəxslərə açıqlanması
Biz şəxsi məlumatları satmırıq, dəyişmirik və kənar şirkətlərə ötürmürük. Qeyd edilənlər, etibar etdiyimiz şirkətlərə aid deyil, hansılar ki, saytın təkmilləşməsində və biznesin inkişafında bizə köməklik göstərirlər (bir şərtlə ki, onlar məxfiliyi qoruyub saxlamağa razılaşırlar).

Biz cinayətin qarşısın almaq üçün və həmçinin istintaqın aparılmasına köməklik göstərmək məqsədilə məlumatları dövlət orqanları ilə bölüşməyə hazırıq. Fırıldaqçılıq şübhəsi, insanların təhlükəsizliyinə fiziki şəkildə təhdid edən hərəkətlər, istifadə qaydalarının pozulması və ya bu kimi halların qanunla nəzərdə tutulduğu halda məlumatlar aidiyyati səlahiyyətli dövlət qurumlarına ötürülə bilər.


5.  Məlumatların qorunması
Şəxsi məlumatların təhlükəsizliyini təmin etmək üçün müxtəlif təhlükəsizlik əlavələrindən istifadə edirik. Xidmətlərimizdə SSL şifrələməsini fəal şəkildə tətbiq edirik. Yalnız xüsusi tapşırıqla çalışan şəxslər (məsələn, texniki dəstək və ya ödənişlərin həyata keçməsi) şəxsi məlumatlara giriş edə bilər.
Məxfi məlumatların qeyd olunduğu serverlər və kompüterlər təhlükəsiz mühitdə saxlanılır.
Biz kredit kartların məlumatlarını saxlamırıq və kredit kartı ilə bütün əməliyyatlar bankın saytında həyata keçir.


6.  «cookie» faylların istifadəsi
Biz «cookie» fayllarından sayta giriş imkanlarını yaxşılaşdırmaq və təkrar sayta dönüşləri müəyyən etmək üçün istifadə edə bilərik. Bundan əlavə, bu məlumatlar ən çox tələb olunan sorğuları izləməyə imkan verir. «cookie» faylları heç bir məxfi məlumatları ötürmür.

7.  Razılıq
Veb saytımızın xidmətlərindən istifadə edərək, avtomatik olaraq məxfilik siyasətilə razılaşırsınız.