BİZ KİMİK?


Ətrafınızdakı hər şeyi özünüz dizayn edin!

Bəli, sırf bu ideyadan yola çıxan gənc komandamızın ərsəyə gətirdiyi, əsasən onlayn dekor stiker satış həlləri üzrə ixtisaslaşmış Nakleyka.az internet layihəsi onlayn şəkildə nakleyka dekorların, həmçinin tablo, saat, çap işləri kimi sifarişlərin qəbulu, istehsalı və çatdırılması üzrə artıq 3 ildir fəaliyyət göstərən layihədir.

Nakleyka.az olaraq keyfiyyəti və sağlamlığı  ən önəmli meyar hesab etdiyimizdən, istehsal zamanı ən müasir avadanlıq və materiallardan istifadə edirik. İstehsal etdiyimiz materiallar daxili məkanlarda sağlamlığa heç bir təsiri olmadan, rahatlıqla istifadə oluna bilir. Müştərilərimiz həm Nakleyka.az saytındakı daim yenilənən onlayn kataloqdan müvafiq kateqoriyalar üzrə hazır dekor və ya digər çap məhsulları seçə, həm də özlərinə məxsus dizaynın evdən və ya ofisdən çıxmadan yüksək keyfiyyətdə çap etdirərək, ünvana təslim olunmasını sifariş edə bilər. Bundan başqa, Nakleyka.az saytı müştərinin zövqünə uyğun dizaynların sıfırdan hazırlanması və çap olunaraq ünvana təslim edilməsi işi üzrə də ixtisaslaşmışdır. Bununla yanaşı montaj (yapışdırma) xidməti də göstərilməkdədir.

Müasir dövrdə interyer və eksteryer dizayn önəmli əhəmiyyət kəsb edir. Lakin, bu növ dizaynların edilməsi maddi cəhətdən çox əlverişli olmur. Məhz Nakleyka.az layihəsinin əsas missiyası çox münasib qiymətə interyer və eksteryer dizaynlarına zövqlü dəyişiklik etmək üçün sadə həllər təklif etməkdir. Siz öz evinizin divarları, pəncərə və qapı, soyuducununun qapısı, avtomobilin şüşəsi və ya dəmir hissələri üçün və ya laptop üçün evdən çıxmadan dekor nakleyka stiker sifarişi verə və sifariş etdiyiniz yüksək keyfiyyətli nakleykalarla asanlıqla özünüz qeyd olunan əşyaların dizaynını öz zövqünüzə uyğun dəyişdirə bilərsiniz. Nakleyka.az saytı sizə dekor nakleykaları tam yapışdırılmağa hazır vəziyyətdə təqdim edir.

Nakleyka.az öz müştərilərinə aşağıdakı təklifləri təqdim edir:

  • Onlayn mağazada mövcud olan nakleyka və digər təqdim olunan məhsulların yüksək keyfiyyətdə hazırlanması;
  • Hazırlanmış məhsulların Bakı və Azərbaycanın bütün nöqtələrinə çatdırılmasının təşkili;
  • Ödənişlərin onlayn və ya qapıda ödəmə şəklində qəbulu;
  • Zövqə uyğun məhsulların hazırlanması üçün dizayn xidmətlərinin göstərilməsi.


Bundan başqa, Nakleyka.az onlayn dekor mağazası korporativ xidmətlər də göstərməkdədir:

- Mağaza və vitrinlər üçün vinil nakleykaların hazırlanması və montajı;
- Qida və su qablaşdırmaları üçün yapışqan etiketlərin hazırlanması;
- Hədiyyəlik bağlamalar üçün yapışqan etiketlərin hazırlanması;
- Müxtəlif korporativ tədbirlərin, kampaniyaların informasiya və reklam materiallarının çap və montaj işlərinin həyata keçirilməsi.

Biz Sizə münasib qiymətlər və keyfiyyətli həllər təklif edirik.