Kateqoriyalar

logo
Nakleyka və ya stiker nədir?
06 Mar

Siz qonaq otağı, yataq otağı, uşaq otağını, mətbəxi və ya hamam otağını tamamilə dəyişdirə bilərsiniz. Divar üçün nakleykalar sizin fantaziyanıza sərhədsiz genişlik bəxş edir. Onların divarlara tətbiqi sayəsində isə, eviniz əlvan rənglərlə və pozitiv əhval-ruhiyyə ilə dolacaqdır!

İndi dövr dəyişib. Cansıxıcı, dizaynında dəyişiklik edə bilmədiyiniz, standart, şablon və çox baha başa gələn, tətbiqi çox vaxt aparan divar kağızları (divar üçün oboy) artıq öz əhəmiyyətini itirmişdir. Artıq dünya praktikasında daha asan və münasib olan divar üçün stikerlərdən daha çox istifadə olunur. Bu stikerlər daha gözəl görünüş bəxş etməklə məkanın interyerini də baxımlı edir.

Nə üçün nakleyka?

1. Daha keyfiyyətlidir, uzun ömürlüdür, silinə bilir, qopmur;
2. Standart oboylardan fərqli olaraq interyerə daha gözəl görünüş bəxş edir;
3. İstədiyiniz an qopardıb (iz buraxmır), yerinə asanlıqla başqasını yapışdıra bilərsiniz;
4. Daha tez başa gəlir. Oboyun divara yapışdırılmasına və onun qurumasına bir neçə gün vaxt sərf olunursa, divar üçün nakleykanın yapışdırılmasına böyüklüyündən asılı olaraq 5 dəq. -30 dəq. vaxt sərf olunur;
5. Daha ucuz başa gəlir. Nakleykanın öz qiymətinin ucuz olması ilə yanaşı, əlavə kley, usta pulu və digər xərclərdən də azadsınız.


Divar üçün nakleykalar sizə ideal şəkildə uyğundur, əgər:

•    Sizin evinizdə boş divarlar varsa;
•    Siz interyerinizə xoş əhval ruhiyyə qatmaq istəyirsinizsə;
•    Siz təmir işi görürsünüz və sonda qeyri-adi nəticə əldə etmək istəyirsinizsə;
•    Sizin övladınızın otağı uşaq otağına oxşamırsa;
•    Siz mebel üzərindəki cızıqları və qopuqları gizlətmək istəyirsinizsə;

Böyük ehtimal sizə nakleykanın lazımlığı ilə bağlı 1001 dənə bu cür səbəb var. Biz onların hamısını saymayacağıq, amma hər halda sizə lazım olanını mütləq bizdə tapacaqsınız!


İnteryer üçün dekorativ nakleykalar – divar bəzəmə sahəsində yeni üsuldur. Bu tamamilə fərqli bir şeydir! Başqalarından fərqlənmək üçün evinizi bəzəyərək özünüzü və dostlarınızı sevindirin. Vinil nakleykalardan istifadə sadəcə dəblə əlaqədar deyil və onlardan istifadə çox da geniş yayılmamışdır, çünki çoxları öz evində nəyisə dəyişdirməkdən qorxur və ya məlumatsızlıqdan elə hesab edir ki, stiker nakleykalar tez bezdirir və onu qopartmaq çox çətin olacaq. Amma bütün bunlar boşdur! İnteryer üçün nəzərdə tutulmuş keyfiyyətli və gözəl divar üçün dekorativ nakleykalar istənilən interyeri mükəmməl bəzəyir.

Soyuducu üzərində bir neçə quş və ya bütün divar boyunca art-obyekt – bütün bunlar otağın stilini vurğulamaq üçün bir üsuldur  və əlavə olaraq tablolar, kiçik heykəllər, şamlar və digər interyer elementləri ilə birlikdə divarlara individuallıq əlavə edir. Təqdim etdiyimiz vinil dekor nakleyka satışı üzrə internet mağaza üzərindən qonaq otağı, yataq otağı, koridor, mətbəx və ya uşaq otağı dizaynı üçün həmişə maraqlı stikerlər tapa bilərsiniz.

Tamamilə eksklüziv olmaq arzusunda olanlar üçün də həll yolumuz var – öz dizaynınızı (maketinizi) bizə göndərin, ölçü və qiyməti sizinlə razılaşdıraq və bir neçə gün sonra artıq divarınız üzərində original interyer nakleyka peyda olacaq. Nakleyka.az internet mağazası geniş çeşid və qabaqcıl dizayner həlləri təklif edir, hansı ki sizin şəxsi internet şedevriniz ola bilər.

Gözəl görünüş, asan yapışma!

Divar üçün nakleykaların bir üstün cəhəti də asan tətbiq olunmasıdır. Böyük olmayan vinil stikeri hətta uşaq da yapışdıra bilər. Bütün divar boyunca robot və ya ağac siluetli nakleyka yapışdırmaq, əlbəttə, zəhmət tələb edir, lakin bu oboy yapışdırmaqdan daha asandır.  Əvəzində nakleyka.az kataloqundan seçilmiş nakleykadan alınacaq zövq daha uzunmüddətli olacaq, alacağınız nakleykanın ömrü isə minimum 5 il olacaqdır.  Əgər otaqda gündəlik rütubət nəticəsində nəmlik olmayacaqsa, gündə 10 saatdan artıq günəş şüası düşməyəcəksə və həftədə bir dəfə pişik cırmaqlamayacaqsa, o zaman nakleykanın ömrü daha çox olacaqdır.

Divar üzərində dekor – nakleykalar cızılmış divarlar üçün xüsusilə yaxşıdır. Siz nakleykanı mebel, şüşə, metal, boy və digər hamar və ya yüngül nahamar səth üzərinə yapışdırsanız belə, heç bir problem olmayacaqdır.

Nakleyka.az internet mağazası öz interyerinizi zövqünüzə uyğun dəyişdirməniz üçün cəld, original və münasib qiymətə metod təklif edir, bunun üçün yalnızca bizim nakleykaları almaq kifayətdir. Ucuz qiymətə internet mağazadan divar üçün nakleyka almaq artıq Nakleyka.az sayəsində Azrəbaycanda da mümkündür. Bu ənənəni ilk dəfə ölkəmizə gətirən Nakleyka.az internet mağazası ilk anlardan geniş rəğbət görmüşdür.


Nakleykanın teması müxtəlif ola bilər – texnika, təbiət, sevgi, abstraksiya, güllər – seçim həqiqətən böyükdür. Əgər temanı müəyyənləşdirə bilməmisinizsə, nakleyka ilə bağlı yüzlərlə varianta baxa bilərsiniz və mütləq razı qalacaqsınız! Əgər dəqiq qərarlaşdırmısınızsa ki, divar üzərinə hansı təsviri  köçürmək istəyirsiniz, bu problem deyil, yalnızca onlayn mağazamızda arzuladığınız kateqoriyanı seçin və sizə lazım olanı orada mütləq tapacaqsınız. Əgər hər hansı bir sualınız yaranarsa, sizə uyğun üsul vasitəsilə bizimlə əlaqə saxlayın və bizim menecerlərimiz sizə seçim etməkdə kömək edəcək və izah edəcək ki, aldığınız şablon nakleyka stikeri necə yapışdırmaq olar.

Evinizin potensialını Nakleyka.az sayəsində 100% üzə çıxarın! Xoş alış-verişlər!

     


Nakleyka.az