Nakleyka.az dekor mağazasında necə sifariş etməli?

İlk öncə Sizi Azərbaycanda yeganə olan Nakleyka.az onlayn dekor stiker mağazasında görməkdən şadıq! İndi biz sizə bəyəndiyiniz nakleykanı necə sifariş etməli olduğunuzu izah edəcəyik. Bu lap asanddır!

Siz aşağıdakı üsullarla sifariş edə bilərsiniz:

Onlayn sifariş vasitəsilə - bunun üçün bəyəndiyiniz nakleykanın yanında yerləşən "Sifariş et" düyməsinə klik etdikdən sonra, saytımızda qeydiyyatdan keçərək hesab açmalı, əldə etmək istədiyiniz məhsulu səbətə əlavə etməli və sifarişinizi təsdiqləməlisiniz. Onlayn sifariş edən zaman doldurulması mütləq olan sahələrə diqqət yetirməyiniz önəmlə xahiş olunur – bu məlumatları sizdən maraq üçün deyil, sifarişinizin düzgün tərtib edilməsi və operativ şəkildə çatdırılması ücün istəyirik. Sifariş etdiyiniz zaman siz özünüzə uyğun ödəniş üsulunu seçərək həyata keçirəcəksiniz (ödəniş üsulları haqda daha ətraflı burada tanış ola bilərsiniz). Ən tövsiyyə etdiyimiz və daha dəqiq nakleyka stiker sifarişi üsulu məhz sayt üzərindən onlayn sifarişdir.

Zəng edərək sifariş etmək – bizim əlaqə nömrələrimiz saytın ana səhifəsində qeyd olunmuşdur.

Sosial şəbəkələr vasitəsilə sifariş verməkFacebook və ya Instagram vasitəsilə, həmçinin saytın ana səhifəsindəki onlayn çat vasitəsilə.

Sifarişi etdiyiniz üsuldan asılı olmayaraq, Ad, Soyad, Əlaqə nömrəsi və ünvan qeyd etmək mütləqdir. Sifariş qeydiyyata alındıqdan sonra menecerlərimiz çatdırılma vaxtı və ödəniş üsulunun razılaşdırılması üçün sizinlə yenidən əlaqə saxlayacaqlar.

Sifariş etməklə bağlı yaranan bütün suallarla bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

Xoş alış-verişlər!