Ödəniş Üsulları


Nakleyka.az dekor mağazasından məhsul və ya xidmət sifariş edərkən, Siz həm nəğd, həm də nəğdsiz qaydada ödənişləri həyata keçirə bilərsiniz. Nəğdsiz ödənişlər zamanı bütün əməliyyatları tam təhlükəsiz qaydada icra olunur və hər bir əməliyyat SSL sertifikatı vasitəsilə şifrələnir. Nəğd ödənişlər zamanı isə məhsulun və ya xidmətin dəyərinə uyğun qəbz təqdim olunur.
Sifariş üçün ödənişlərinizin rahat həyata keçirilməsi məqsədilə aşağıda təqdim etdiyimiz sizə rahat olan, istənilən ödəniş üsulundan istifadə edə bilərsiniz.
Bizdə mümkün olan ödəniş üsulları: nəğd ödəniş, kredit və ya debit kartları ilə ödəniş, bank və ya poçt köçürmələri ilə ödəniş.

1. ONLAYN ÖDƏNİŞ
Biz aşağıdakı kredit və debet kartları ilə ödənişi qəbul edirik:

odeme-kartlari.png

  • Bank kartı İnternetdə ödəniş üçün yararlı olmalıdır (bu, bank tərəfindən müəyyən olunur);
  • Sifarişin bank kartı vasitəsilə onlayn ödənişi zamanı, ödəmə prosesi elektron ödənişlər sisteminin saytında həyata keçirilir. Qeyd etdiyiniz məlumatlar – kartın rekvizitləri, qeydiyyat məlumatları bizim onlayn mağazamızın işçiləri tərəfindən baxıla bilmir. Bütün məxfi məlumatlar müştəridən ödəniş sisteminə və bankın serverinə ötürülür. 
  • Saytımızda onlayn ödənişi seçərək, Siz sifarişiniz üçün ən sürətli və təhlükəsiz ödəniş üsulunu seçmiş olursunuz. Onlayn ödəniş zamanı sizin kart və pul vəsaitiniz barədə məlumat bizə daxil olmur, ödəniş bank və ödəniş sistemləri vasitəsilə həyata keçirilir. Onlayn ödəniş üsulunu seçdikdən və sifarişi təsdiq etdikdən sonra Siz avtomatik olaraq əməkdaşlıq etdiyimiz bankın və ödəniş sisteminin mühafizə olunan səhifəsinə yönəldilirsiniz. Sizin ödənişiniz onlayn ödənişin beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq həyata keçiriləcək.

2. ÇATDIRILMA ZAMANI KURYERƏ NƏĞD ÖDƏNİŞ
Siz sifarişin dəyərini çatdırılma zamanı POS terminal vasitəsilə və ya nəğd şəkidə əməkdaşımıza ödəyə bilərsiniz. Ödəniş zamanı Yalnız Azərbaycan Respublikasının milli valyutası – AZN ödənişə qəbul olunur.

3. MİLLİÖN APARATLARI VASİTƏSİLƏ ÖDƏNİŞ
MilliÖn vasitəsilə ödənişin həyata keçirilməsini burada izləyə bilərsiniz: Ətraflı İzah

4. BANK KÖÇÜRMƏSİLƏ ÖDƏNİŞ
Daha çox şirkət və müəssisələr üçün nəzərdə tutulan bu ödəniş növü zamanı lazım olan rekvizitləri əldə etmək üçün əvvəlcədən əlaqə saxlanılması xahiş olunur.

5. POÇT KÖÇÜRTMƏLƏRİ İLƏ ÖDƏNİŞ
Bu ödəniş üsulu Azərbaycan bölgələrinə çatdırılma ilə sifariş etdiyiniz və onlayn ödəyə bilmədiyiniz zaman tətbiq olunur. Nəzərə almağınızı xahiş edirik ki, sifariş Azərbaycanın bölgələrina çatdırılan zamanı sifarişin dəyəri 100% əvvəlcədən ödənilməlidir. Çatdırılma haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

SİZƏ XOŞ ALIŞ-VERİŞLƏR ARZULAYIRIQ!