XÜSUSİ SİFARİŞ

FƏRDİ SİFARİŞLƏR

Əgər sizin özünüzə məxsus şəkil və ya dizayn varsa, biz onu ən yüksək keyfiyyətdə nakleykaya, kətan tabloya, foto-oboya və s. onlayn mağazada satılan digər məhsullara tətbiq edib, ünvanınıza çatdıra bilərik. Sadəcə şəklin özünü və ya onun vektor faylını Whatsapp  vasitəsilə 055 504 07 74 nömrəsinə və ya sales@nakleyka.az ünvanına göndərməniz və ölçüləri, tətbiq olunacaq sahəni (divar, avtomobil, elektron əşya və s.) bildirməniz kifayətdir. Biz sizin nakleyka stiker sifarişinə uyğun arzuladığınız təsviri ən yüksək keyfiyyətdə nakleykaya (stikerə) çevirib, xüsusi paketdə Bakı və rayonlar üzrə ünvanınıza çatdıracağıq.

Xüsusi nakleyka sifarişi zamanı aşağıdakı mərhələlər icra olunur:
1) Siz faylı və ya şəkli bizə göndərirsiniz. Əgər:

  • Fayl adi şəkil formatındadırsa (jpeg, png və s.), bu formatlar adətən çapa yararlı olmur. Bu halda bizim dizaynerlərimiz onu yenidən vektor formatda yığır və təsdiq üçün sizə göndəririk;
  • Əgər sizdə olan fayl vektor formatındadırsa, çapa yararlı vəziyyətə gətirilərək və uyğun ölçülərə salınaraq birbaşa çapa verilir;

2) Nakleyka hazırlanır;
3) Ünvana çatdırılır.

Qeydlər:
1. Əgər sizdə sifariş vermək istədiyiniz nakleyka stikerin vektor fayl versiyası (photoshop, corel draw, illustrator və s.) yoxdursa, bizim dizaynerlərimiz onu vektor proqramlarında yığır və təsdiq üçün sizə göndərir. Sifariş məbləği 20 AZN və daha çoxdursa, o zaman dizayn xidməti pulsuz göstərilir. Əgər Sifariş məbləği 20 AZN-dən aşağıdırsa, bu zaman ödənişli dizayn xidməti göstərilir və simvolik ödəniş haqqı alınır.
2. Sifariş qəbul olunduqdan maksimum 3 iş günü ərzində hazırlanaraq ünvana çatdırılır;
3. Montaj (yapışdırma) xidməti üçün ödəniş qiymətə daxil deyildir və ölçü, ünvan və s. asılı olaraq dəyişir. Montaj (yapışdırma) xidməti üçün ödənişi onlayn mağaza menecerimizlə əlaqə saxlayaraq dəqiqləşdirə bilərsiniz.

KORPORATİV SİFARİŞLƏR

Siz həmçinin şirkət olaraq fəaliyyət göstərirsinizsə, istənilən çətinlikli nakleyka stikerlər, etiketlər, vitrin üçün vinil nakleykalar, maşın üçün vinil nakleykalar və maşının vinil vasitəsilə ümumi brendinq işlərini (çap və ya kəsim), interyerin bəzədilməsi işlərinin həyata keçirilməsini yüksək professionallıq və münasib qiymətlərlə sifariş edə bilərsiniz! Qiymətlər hər bir iş üçün ayrıca hesablanır və ətraflı məlumatı sizə uyğun aşağıdakı əlaqə vasitələrindən birindən istifadə edərək dəqiqləşdirə bilərsiniz.

Ofis:                        012 432 47 84
Mobil / WhatsApp:
055 504 07 74
E-mail:                    sales@nakleyka.az